Premyer Liqa klubu ukraynalı hücumçu ilə maraqlanır

18 Aprel 2021 22:00 İngiltərə 1 866
Premyer Liqa klubu ukraynalı hücumçu ilə maraqlanır

Belçikanın “Gent” klubunun və Ukrayna yığmasının hücumçusu Roman Yaremçuk karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Vulverhempton” klubu yaxından maraqlanır.

Bu barədə Belçika mətbuatı məlumat yayıb. Xəbərdə, Premyer Liqa təmsilçisinin yayda Yaremçuk üçün “Gent”lə danışıqlara başlayacağı bildirilib.

Hücumçu bu mövsüm “Gent”lə 27 oyunda 15 qol vurub. Ukrayna milli komandasının da üzvü olan futbolçunun “transfermarkt”da dəyəri 13 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM