"Heç vaxt düşünmürdüm ki, mən futbolçuya ərə gedərəm"

17 Aprel 2021 14:40 İngiltərə 2 268
"Heç vaxt düşünmürdüm ki, mən futbolçuya ərə gedərəm"

“Futbolçuların həyat yoldaşı ilə bağlı stereotiplərə malik insanları anlayışla qəbul edirəm. Çünki vaxtilə məndə də belə stereotiplər olub”.

Sportinfo.az xəbər verir ki, bunu “Mançester Yunayted”in hücumçusu Antoni Marsialın həyat yoldaşı Melani deyib.

O, futbolçu xanımı olmağın çətinliyindən, kənardan göründüyündən uzaqlığından danışıb:

“Heç vaxt düşünmürdüm ki, mən futbolçuya ərə gedərəm. İnsanlar elə bilirlər ki, bizim həmişə yeni çantalarımız və çox pulumuz var, daim evdə oturur, yoldaşımızın qazandığı pulları xərcləyirik.

Ola bilsin ki, bu, ilin bir ayında – mövsümlərarası fasilədə belə olur. İlin digər vaxtlarında isə əsla belə deyil. Onun səfər oyunu varsa, üzünü görmürsən. Hər şeyini qurban verirsən.

Məsələn, mən ailəmdən uzaqda, xaricdə yaşayıram. Əlbəttə, bu mənim seçimimdir, amma həm də qurbanımdır. Televizordakı oyunlara səslə baxa bilmirəm.

Axı Antonini tənqid edə bilərlər. Bu da mənə təsir edir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!