Paytaxt klubu Braziliyadan hücumçu gətirdi - 16+4 milyon avro təzminat ödəyəcək

25 Avqust 2023 10:00 İngiltərə 1 483
Paytaxt klubu Braziliyadan hücumçu gətirdi - 16+4 milyon avro təzminat ödəyəcək

"Çelsi" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Santos"dan Deyvid Vaşinqtonu transfer edib.

Premyer Liqa təmsilçisi 18 yaşlı hücumçu üçün Braziliya klubuna 16+4 milyon avro təzminat ödəyəcək.

Gənc forvard yeni klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Deyvid Vaşinqton "Santos"un yetirməsidir. Braziliyalı ön xətt oyunçusu əsas komandanın heyətində keçirdiyi 29 rəsmi matçda 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM