60 milyon avroluq hücumçu aldı - Premyer Liqanın son çempionu

25 Avqust 2023 01:50 İngiltərə 1 318
60 milyon avroluq hücumçu aldı - Premyer Liqanın son çempionu

"Mançester Siti" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Renn"dən Ceremi Dokunu transfer edib.

"Mançester Siti" belçikalı vinger üçün Fransa klubuna 60 milyon avro təzminat ödəyəcək. 21 yaşlı ön xətt oyunçusu "şəhərlilər"lə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Renn" Ceremi Dokunu 2020-ci ilin oktyabr ayında "Anderlext"dən transfer etmişdi. Belçika millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 92 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR