Mourinyo münaqişəni niyə yaradırmış? – ŞOK ETİRAF!

24 Fevral 2021 12:00 İngiltərə 648
Mourinyo münaqişəni niyə yaradırmış? – ŞOK ETİRAF!

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo karyerasının çətin dönəmləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Mourinyo bildirib ki, əvvəllər karyerasında yaşanan uğursuzluqlar zamanı olduqca emosional olurmuş.

O, belə məqamlarda münaqişə yaratdığını da etiraf edib:

“Deyim ki, indi əvvəlki məşqçi deyiləm. Bu qədər sakit, özünə inanan xarakterdə olmamışdım. Sizə məlumdur ki, karyeram ərzində o qədər də uğursuz dönəmlərim olmayıb.

Amma belə məqamlar hər bir məşqçinin karyerasında olur. Deməliyəm ki, mən belə duruma, olduqca emosional yanaşırdım. Başqalarına və özümə kömək etmək əvəzinə, münaqişə yaradırdım.

Böyük təcrübəyə sahib insanlar neqativ anları daha sakit adlatmağı bacarırlar. Mən sakitəm, emosiyalarımı idarə edirəm. Özünəinamım da yüksək səviyyədədir. İnanıram ki, “Tottenhem”in tarixinə yaxşı nəticələrlə düşəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti