Premyer Liqada ən maraqlı oyunlardan birindən VİDEO

27 Avqust 2023 01:30 İngiltərə 1 029
Premyer Liqada ən maraqlı oyunlardan birindən VİDEO

İngiltərə Premyer Liqasının III turunda “Tottenhem” “Bornmut”un qonağı olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma London təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

“Tottenhem”in qollarını 17-ci dəqiqədə Ceyms Meddison, 63-cü dəqiqədə Deyan Kuluşevski vurublar.

Qələbə “Tottenhem”i zirvəyə yüksəldib. Lakin yeddi xalı olan komanda altı xala malik “Brayton”, “Arsenal” və “Mançester Siti”dən bir oyun artıq keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM