“Bornmut”un hücumçusu Dominik Solankenin iş yerini dəyişmək ehtimalı var.
Sportinfo.az xəbər verir ki, “Vest Hem” 25 yaşlı oyunçunu transfer etməyi düşünür.
“Çəkicdöyənlər” forvard üçün 41 milyon avro ödəməyə hazırdırlar.
Solanke 2022/23 mövsümündə 35 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

