Əsas heyətdə çıxış etməyəcəyi komandada oynamaq fikrində deyil

20 Avqust 2023 00:20 İngiltərə 1 843
Əsas heyətdə çıxış etməyəcəyi komandada oynamaq fikrində deyil

“Tottenhem”in qapıçısı Uqo Lloris “Latsio” klubuna keçməyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun yeni iş yerində bir nömrəli qolkiper statusunu daşımaq istəməsidir.

Fransa millisinin keçmiş "çərçivə qoruyucusu" əsas heyətdə çıxış etməyəcəyi komandada oynamaq fikrində deyil.

O, 2012-ci ildən “Tottenhem”də çıxış edir. Llorisin klubla müqaviləsi cari mövsümünün sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM