“Mançester Siti” İngiltərə Premyer Liqasının II turunu qələbə ilə başa vurub.
Sportinfo.az xəbər verir ki, “şəhərlilər” evdə “Nyukasl”dan güclü olublar - 1:0.
Yeganə qolu 31-ci dəqiqədə Xulian Alvares vurub.
İki matçda altı xal toplayan “Mançester Siti” turnir cədvəlinin ikinci pilləsindədir. “Nyukasl” üç xalla altıncı yerdə qərarlaşıb.

