2 dəfə qırmızı vərəqə aldı... Amma meydandan qovulmadı 

28 Yanvar 2022 15:20 Hadisə 668
2 dəfə qırmızı vərəqə aldı... Amma meydandan qovulmadı 

Braziliya yığmasının qapıçısı Alison Beker futbol tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Ekvadora qarşı keçirilən oyunda hakim qapıçıya 2 dəfə qırmızı vərəqə göstərib.

Amma VAR sisteminə baxdıqdan sonra hər iki halda qərarını dəyişməli olub.

Beləliklə, Beker 2 dəfə qırımızı vərəqə alıb, amma meydandan qovulmayan ilk futbolçu olub.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 36 xal toplayan Braziliya yığması dünya çempionatına vəsiqəni təmin edib. Ekvador isə 24 xalla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti