Niderlanddan debütant üzərində darmadağın - VİDEO

21 İyun 2021 22:30 Gündəm 869
Niderlanddan debütant üzərində darmadağın - VİDEO

C qrupunun oyununda Niderland və Şimali Makedoniya yığmaları üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, Amsterdamdakı "Yohan Kroyf Arena"da oynanılan və formal xarakter daşıyan görüş "narınclılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 24-cü dəqiqədə Memfis Depay, 51 və 58-ci dəqiqələrdə isə Corcinyo Veynaldum vurublar.

Niderland seçməsi pley-offda D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Görüş iyunun 27-də Macarıstanın payaxtı Budapeştdəki "Puşkaş Arena"da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti