Qazaxıstandakı səfirimiz dünya çempionatının iştirakçıları ilə görüşdü

04:40 Güləş 78
Qazaxıstandakı səfirimiz dünya çempionatının iştirakçıları ilə görüşdü

Azərbaycanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlizamin Əsgərov Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndə heyətini qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu barədə AGF-dən məlumat verilib.

Görüş zamanı səfir oktyabrın 24-dən – noyabrın 1-dək Astana şəhərində böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandalarına uğurlar arzulayıb, idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

AGF nümayəndələri göstərilən diqqətə, qonaqpərvərliyə və dəstəyə görə səfirə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM