Biri aparılmadı, biri sonuncu dəfə şans qazandı - Yığmamızda

29 Aprel 2021 17:00 Güləş 528
Biri aparılmadı, biri sonuncu dəfə şans qazandı - Yığmamızda

Azərbaycanın yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu Eldəniz Əzizli Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, federasiya 60 kq-da Murad Məmmədova şans verəcək.

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında 55 kq çəki dərəcəsində bürünc medal qazanmış Əzizli Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinə də qatılmayıb.

Məmmədov isə həmin yarışda finala yüksələ bilmədiyi üçün lisenziyasız qalıb və üstəlik, zədə səbəbindən, üçüncü yer uğrunda görüşdə iştirak etməyib.

Sofiyadakı yarış 6 - 9 mayda gerçəkləşəcək. Bu, güləş növündə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnir olacaq.

Digər Xəbərlər
Xəbər Lenti