Qadın millisi Qubada təlim-məşq toplanışına start verdi

04:20 Güləş 94
Qadın millisi Qubada təlim-məşq toplanışına start verdi

Azərbaycanın qadın güləşçilərdən ibarət millisi Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasına istinadən xəber verir ki, böyüklər və U-23 yaş qruplarını əhatə edən hazırlıq mərhələsi sentyabrın 19-dək davam edəcək.

Ümumi və xüsusi hazırlıq üzrə keçirilən toplanış yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında təşkil olunur.

TMT-də Xədicə Qurbanzadə, Nəzrin Əhmədli (hər ikisi 50 kq), Nərgiz Səmədova, Fatimə Bayramova, Esra Məmmədli (hamısı 53 kq), Elnurə Məmmədova, Əsmər Cankurtaran, Gültəkin Şirinova (hamısı 55 kq), Jalə Əliyeva, Qaratel Quliyeva, Səadət Quliyeva (hamısı 57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (65 kq) və Zəhra Kərimzadə (72 kq) iştirak edir.

İki yaş qrupunu əhatə edən TMT oktyabrın 12-18-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək U23 dünya çempionatı, eləcə də oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!