"Sevindirici haldır ki, doğma məkanda qalib gələrək çempion oldum"

04:20 Güləş 51
"Sevindirici haldır ki, doğma məkanda qalib gələrək çempion oldum"

Azərbaycanın çimrəlik güləşçisi Camal Feyziyev (+90 kq) Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsinin qalibi olduğunaa görə çox sevinib.

Sportinfo.az xəbər verir ki, idmançı bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, daha əvvəl yunan-Roma güləşi ilə məşğul olduğunu söyləyib:

"Gücümü güləş növlərində, eləcə də cüdo və sumoda sınamışam. Sumo üzrə 10 qat Avropa çempionuyam.

Çimərlik güləşi sumoya çox bənzəyir. Elə bu yarışın finalında qarşılaşdığım ukraynalı Vaja Dayauri ilə daha öncə sumoda 5 dəfə üz-üzə gəlmişəm.

Bunların üçündə mən qalib gəlmişəm. Rəqib sumo üzrə dünya çempionudur. Sevindirici haldır ki, doğma məkanda və azarkeşlərimiz önündə güclü rəqibə qalib gələrək çempion oldum".

C. Feyziyev yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Federasiya rəhbərliyinin mənə inamı və böyük dəstəyi var idi. Hərbi xidməti apreldə bitirdiyim üçün Dünya Seriyasının ilk yarışlarında iştirak edə bilmədim.

Baş məşqçimiz Oyan Nəzərianinin rəhbərliyi altında keçdiyimiz 2 aylıq təlim-məşq toplanışı sayəsində bu uğura imza ata bildim.

Növbəti hədəfim Yunanıstanda keçiriləcək Dünya Seriyasının final mərhələsində qalib gələrək dünya çempionu olmaqdır".

Qeyd edək ki, Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsində 7 medal qazanıblar.

Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl medala sahib çıxıblar. Sahib Dadaşov (80 kq) və Nərgiz Səmədova (60 kq) gümüş medal qazanıblar. Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə turniri bürünc medalla başa vurublar.

Kişilərdən ibarət Azərbaycan millisi 84 xalla komanda hesabında birinci olub

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!