Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadovun (60 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında qızıl medala gedən yolu heç də asan olmayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib.
Dünya çempionu yarışa hazırlıq prosesindən və ona dəstək olanlardan söz açaraq qələbənin arxasında böyük zəhmətin dayandığını vurğulayıb:
"Mənə dəstək olan hər kəsə, Azərbaycan xalqına təşəkkür edirəm. Bu yarışa çox yaxşı hazırlaşmışıq. Bu nailiyyət asanlıqla əldə olunmadı.
Mənim üçün çox çətin idi. Nəzərə alaq ki, Avropa çempionatında məğlub olmuşdum. Azərbaycan Güləş Federasiyasına, şəxsi və millidəki məşqçilərimə təşəkkür edirəm".
Ayxan Cavadov dünya çempionatının finalda özbəkistanlı Dostonbek Oripova 4:1 hesabı ilə qalib gəlib. Bununla da o, titulunu qoruyub və ardıcıl ikinci dəfə U-20 dünya çempionu olub.
