Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

5 Sentyabr 04:50 Güləş 435
Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

Bakı Güləş Məktəbində 2026/2027-ci tədris ili üzrə 6-cı və 7-ci siniflərə keçirilən qəbul prosesinin nəticələrinə əsasən 47 şagird uğur qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

İki mərhələdə təşkil olunan qəbul prosesində iştirak etmək üçün 6-cı və 7-ci siniflər üzrə 300-dən artıq namizəd müraciət edib. Qabiliyyət imtahanlarının nəticələrinə əsasən, 6-cı sinif üzrə 23, 7-ci sinif üzrə isə 24 şagird tədris ocağına qəbul edilib.

Namizədlərin seçimi sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların məşqçiləri tərəfindən müvafiq normativlər əsasında aparılıb.

Sınaqlar zamanı şagirdlərin fiziki hazırlıq səviyyəsi, çevikliyi, gücü, koordinasiyası və güləşə uyğun qabiliyyətləri qiymətləndirilib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib