Azərbaycanlı iki qadın gümüş medal aldı - Dünya çempionatında

04:40 Güləş 87
Azərbaycanlı iki qadın gümüş medal aldı - Dünya çempionatında
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. "Report" xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib. Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Ono ilə qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib – 6:16. Beləcə Günay dünya ikincisi olub. Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisi ilə üz-üzə gəlib. Sae Noquçi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabıyla məğlub olan Ruzanna gümüş medalı boynundan asıb. Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub – 5:11.

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib.

Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Ono ilə qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib – 6:16. Beləcə Günay dünya ikincisi olub.

Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisi ilə üz-üzə gəlib. Sae Noquçi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabıyla məğlub olan Ruzanna gümüş medalı boynundan asıb.

Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub – 5:11.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!