Yolüstü erməniyə də qalib gələn Hacı dünya çempionatında finala yüksəldi

04:20 Güləş 106
Yolüstü erməniyə də qalib gələn Hacı dünya çempionatında finala yüksəldi

Sərbəst güləşçimiz Hacı Kərimov Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Sumit Baraskara 5:1, ardından Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib.

H.Kərimov 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə üstələyib, yarımfinalda isə misirli Mohamed Ahmeddən güclü olub (9:2). O, çempionluq görüşündə iranlı Sina Mehdi Xəlili ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar