Azərbaycan millisinə Braziliyadan məşqçi gətirildi - Klubda da iş aldı

29 Sentyabr 2022 21:20 Futzal 1 303
Azərbaycan millisinə Braziliyadan məşqçi gətirildi - Klubda da iş aldı

Futzal üzrə Azərbaycan millisində və “Araz-Naxçıvan”da yeni məşqçi təyinatı gerçəkləşib.

Cordan Da Silva Joze Alesionun başçılıq etdiyi korpusda yer alıb.

1995-ci il təvəllüdlü braziliyalı mütəxəssislə birillik müqavilə imzalanıb.

Həm yığmada, həm də klubda çalışmağa başlayan cənubi amerikalı iki istiqamət üzrə iş aparır. O, oyunçuların fiziki hazırlığı ilə yanaşı, qapıçıların da durumuna məsuldur.

SPORTİNFO.AZ

Xəbər Lenti