Azərbaycan yığmasının dünya çempionatında rəqibləri – KİMLƏR OLACAQ?

7 İyul 2022 13:40 Futzal 1 241
Azərbaycan yığmasının dünya çempionatında rəqibləri – KİMLƏR OLACAQ?

Bu gün 2024-cü il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan milli komandasının da rəqibi bəlli olacaq.

Mərasim Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Komandalar artıq səbətlərə bölünüb. Reytinq cədvəlində 7-ci pillədə qərarlaşan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv 1-ci səbətdə yer alıb.

1-ci səbət: Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, Ukrayna, İtaliya, Çexiya, Gürcüstan, Finlandiya, Slovakiya

2-ci səbət: Sloveniya, Bosniya və Herseqovina, Polşa, Rumıniya, Niderland, Belarus, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya, Moldova

3-cü səbət: Monteneqro, Kosovo, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Avstriya

Seçmə mərhələnin matçları 2022-ci il 12 - 21 sentyabr, 3 - 12 oktyabr, 6 - 9 noyabr və 2023-cü il 27 fevral – 8 martda oynanılacaq.

Əsas mərhələdə 36 komanda iştirak edəcək. Yığmalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünəcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək.

Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10 - 19 apreldə keçiriləcək.

Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

Xəbər Lenti