"Araz Naxçıvan" bu gün ÇL-də son oyununa çıxır

24 Avqust 2021 19:40 Futzal 777
"Araz Naxçıvan" bu gün ÇL-də son oyununa çıxır

Bu gün "Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirəcək.

son ölkə çempionu Latviyadan "Raba" ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib,

ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4. "Araz-Naxçıvan” hazırda 4 xalla qrupda 1-2-ci yerləri bölüşdürür.

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir.

Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!