DÇ-2022: Seçmə mərhələ növbəti dəfə təxirə salındı

12 Avqust 2020 16:28 Dünya futbolu 607
DÇ-2022: Seçmə mərhələ növbəti dəfə təxirə salındı

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus pandemiyasına görə 2021-ci ildə olacaq.

Bununla yanaşı, 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ matçları da təxirə düşüb. Qərar FİFA ilə məsləhətləşdikdən sonra verilib.

Daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti