PFL açıqlama yaydı: Çempionat nə vaxt başlayacaq?

31 May 2020 01:52 Dünya futbolu 943
PFL açıqlama yaydı: Çempionat nə vaxt başlayacaq?

Koronavirus səbəbiylə dayandırılan Özbəkistanın futbol çempionatının taleyi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, çempionat davam etdiriləcək.

Bu barədə ölkənin Peşəkar Futbol Liqası məlumat yayıb. Komandalara sağlamlıq və gigiyena qaydalarına əməl etmək şərtiylə məşqlərə başlamağa icazə verilib.

Açıqlamada oyunların iyunun 5-dən bərpa olunmasının planlaşdırıldığı bildirilib. Lakin təqvimin və planın rəsmiləşməsi üçün daha bir neçə günə ehtiyac var.

Çempionatın bərpa vaxtının yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO