"Keşlə" ilk üçlükdən kənarda qaldı

22 May 2020 17:08 Dünya futbolu 675
"Keşlə" ilk üçlükdən kənarda qaldı

10 illik UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 2010-cu ilin yayından indiyə qədər olan müddəti əhatə edən siyahıda 587 klub yer alıb.

Cədvələ İspaniyanın “Real” klubu başçılıq edir – 380,000 xal. İkinci pillədə La Liqanın digər nəhəngi “Barselona” 310,000 xalla qərarlaşıb. İlk “üçlüy” Almaniya “Bavariya”sı qapayır. Münhenlilərin 293,000 xalı var.

Azərbaycan cədvəldə 10 klubla təmsil olunub. Onlar arasında ən yaxşısı “Qarabağ”dır. 30,000 xala malik ağdamlılar 117-ci pillədə yer alıb. Aktivində 10,250 xal olan “Neftçi” 244-cüdür. 336-cı olan “Qəbələ”nin 7,750 xalı var.

Son 10 ildə avrokubok həyəcanı yaşamış digər Azərbaycan klublarının əmsalı bərabərdir. Hərəyə 6,250 xala malik “Səbail”, “Keşlə”, “Kəpəz”, AZAL, “Zirə”, “Xəzər Lənkəran” və “Bakı” 384-cü yeri bölüşən komandalar sırasındadır.

Digər Xəbərlər
Xəbər Lenti