2 il 8 ay sonra komadan ayıldı - ÖLÜM QAPISINDAN DÖNDÜ

27 Mart 2020 22:00 Dünya futbolu 587
2 il 8 ay sonra komadan ayıldı - ÖLÜM QAPISINDAN DÖNDÜ

2 il 8 aydır komada olan “Ayaks”ın futbolçusu Abdelhak Nuri ayılıb.

Sportinfo.az xəbər verir ki, bunu Niderland mətbuatına açıqlamasında gənc futbolçunun qardaşı bildirib.

O, iki ildən artıq komada qalan Nurinin tədricən özünə gəldiyini deyib: “Artıq komada deyil, asqırır, qaşları ilə bizə işarə edir və yemək yeyir. Ancaq hələ yataqdan qalxa bilmir” – deyə o qeyd edib.

2017-ci ilin iyul ayında “Verder”lə yoxlama oyununda Abdelhak Nurinin ürək ritmi pozulub. 22 yaşlı niderlandlı yarımmüdafiəçiyə 20 dəqiqə ürək masajı edilib. Daha sonra helikopterlə xəstəxanaya aparılan futbolçunun beynində ciddi problem olduğu müəyyənləşib.

Digər Xəbərlər
Xəbər Lenti