FİFA Azərbaycan klublarına "yaşıl işıq" yandırır - Transferlərlə bağlı

25 Mart 2020 13:54 Dünya futbolu 878
FİFA Azərbaycan klublarına "yaşıl işıq" yandırır - Transferlərlə bağlı

FİFA 2020-ci ildə yay transfer pəncərəsi dövrünü 2021-ci ilin yanvarına qədər uzada bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Dünyanın ali futbol qurumu bu məsələni klublarla müzakirə etmək niyyətindədir.

Məlumatda bildirilir, bu təklifin qəbul olunması koronavirus səbəbindən klubların koronavirusa görə zərər görmüş büdcəsini balanslaşdıra bilər. Artıq bir neçə klub rəhbərinin bu ideyanı dəstəklədiyi vurğulanır.

Qarşıdakı transfer pəncərəsi zamanı klubların maddi itkilər səbəbindən böyük transferlərdən imtina edəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM