70 min avrodan imtina etdi - "Neftçi"yə tarsnfer olmaq üçün

13 İyul 2024 09:20 Dünya futbolu 3 097
70 min avrodan imtina etdi - "Neftçi"yə tarsnfer olmaq üçün

Ramil Şeydayev "Kocaelispor"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu "Topuk Yaylası"nda hazırlıq keçən I Liqa təmsilçisinin düşərgəsini tərk edib.

Bu barədə "Özgur Kocaeli" saytı məlumat yayıb.

Azərbaycan milli komandasının üzvü "Kocaelispor"dan almalı olduğu 140 min avronun yarısından imtina edib. Təcrübəli forvard azad agent statusu alıb.

Ön xətt oyunçusunun yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Ramil Şeydayev 2023/2024 mövsümünün ikinci yarısında "Kocaelispor"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu