“İndi vəziyyət daha qeyri-müəyyəndir, hətta 10 futbolçunun adını çəkmək olar”

01:30 Dünya futbolu 93
“İndi vəziyyət daha qeyri-müəyyəndir, hətta 10 futbolçunun adını çəkmək olar”

“Çikaqo Fayr”ın hücumçusu Robert Levandovski “Qızıl top” mükafatına namizədlər haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “Barselona”, “Bavariya” və digər klubların sabiq hücumçusu zamanın dəyişdiyini bildirib.

O, xüsusilə Kriştiano Ronaldo və Lionel Messi arasında uzun illər davam edən rəqabəti nəzərdə tutaraq, “Qızıl top” uğrunda iki-üç aşkar favorit olduğu dövrlər üçün darıxdığını etiraf edib.

“İndi vəziyyət daha qeyri-müəyyəndir. Hətta 10 futbolçunun adını çəkmək olar və onların hər birinin niyə ‘Qızıl top’a layiq olduğunu əsaslandırmaq mümkündür.

Əlbəttə, istərdim ki, "Qızıl top" Lamin Yamala verilsin. Xüsusilə yaşını nəzərə alsaq, o, möhtəşəm futbolçudur. Amma indiki dövrlə keçmişi müqayisə etdikdə müəyyən fərqlər var.

Keyn ‘Bavariya’ya karyerasının ən yaxşı dövründə gəldi. Onun etdikləri inanılmazdır.

Görün nə qədər qol vurur! Üstəlik, mən ayrıldıqdan sonra ‘Bavariya’nın məhz belə bir hücumçuya ehtiyacı var idi.

Onunla komanda əla nəticələr göstərir. Olise isə sadəcə möhtəşəmdir! O, oyunun gedişatını dəyişə bilən futbolçulardandır.

Məncə, Keyn, Olise və Diasın meydandakı qarşılıqlı anlaşması və birgə oyunu ideal uyğunluq təşkil edir”, – deyə Levandovski bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM