“Buna öz vaxtımı sərf etməyəcəm” - Ronaldoya cavab verdi

17 Yanvar 2025 22:00 Dünya futbolu 603
“Buna öz vaxtımı sərf etməyəcəm” - Ronaldoya cavab verdi

PSJ-nin sabiq ulduzu Zlatan İbrahimoviç “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun Fransa futbol liqasının səviyyəsi ilə bağlı sözlərini şərh edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

O deyib: “Cavab verəcək heç nə yoxdur — hansısa tərəfin sübutu olmadığı halda bir şey haqda mübahisə etmək olmaz.

PSJ Avropanın ən böyük klublardan biridir və güclü liqada oynayır. Bəlkə İspaniya və İngiltərə əminliklə deyə bilər ki, onların liqaları daha yaxşıdır.

Səudiyyə Ərəbistan liqasının daha yaxşı olması fərziyyəsinə heç nə deyə bilmərəm. Buna öz vaxtımı sərf etməyəcəm”.

Daha öncə Kriştiano Ronaldo Səudiyyə Ərəbistanın futbol liqasının Fransa liqasından daha yaxşı olduğunu və “orada təkcə PSJ var, qalan komandalar çoxdan bitib” demişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!