Finala vəsiqə qazana bilmədi, millidən istefaya göndərildi

17 Fevral 2024 00:20 Dünya futbolu 432
Finala vəsiqə qazana bilmədi, millidən istefaya göndərildi

Almaniyalı mütəxəssis Yurgen Klinsmann Cənubi Koreyanın milli komandasının baş məşqçisi vəzifəsindən qovulub.

Sportinfo.az xəbər verir ki, Klinsmanna istefası barədə Koreya Futbol Assosiasiyasının (KFA) rəhbərliyi ilə görüşdən sonra məlumat verilib.

Məşqçinin özü sosial şəbəkələrdə paylaşım edərək KFA-ya əməkdaşlığa görə təşəkkür edib.

Bundan əvvəl 59 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komanda Asiya Kubokunun finalına çıxa bilməyib. Yarımfinal matçında Cənubi Koreya millisi İordaniya yığmasına uduzub (0:2).

Klinsmann 2023-cü ildə Cənubi Koreya millisinin baş məşqçisi təyin edilib. O, əvvəllər ABŞ və Almaniya yığmalarını da çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti