AVRO-2020-də SENSASİYA!

12 İyun 2021 23:30 Dünya futbolu 639
AVRO-2020-də SENSASİYA!

Avropa çempionatında B qrupunda mübarizəyə start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış oyununda Danimarka və debütant Finlandiya ilə üz-üzə gəlib.

42-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. Nəticədə matçda fasilə yaranıb.

Ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. İki saatlıq fasilədən sonra UEFA Eriksenin səhhətinin qaydasına düşdüyünü bildirərək, "davam" qərarı verib. Görüş qaldığı yerdən davam etdirilib.

Hesab isə 60-cı dəqiqədə açılıb. Yoel Pohyanpalo fərqlənərək, Finlandiya millisinə qələbə qazandırıb.

74-cü dəqiqədə Danimarka millisinin bərabərlik qolunu vurmaq imkanını Pyer-Emil Heybyerq penaltini dəqiq yerinə yetirməməklə qaçırıb.

Digər Xəbərlər
Xəbər Lenti