"Dinamo" Mahir Emreliyə Yaponiyadan rəqib gətirdi

26 İyul 2023 04:00 Dünya çempionatı 898
"Dinamo" Mahir Emreliyə Yaponiyadan rəqib gətirdi

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi Yaponiyanın "Hokkaydo" klubundan Takuro Kanekonu rənglərinə bağlayıb.

"Dinamo" 25 yaşlı vingerlə imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

"Hokkaydo" Takuro Kanekonu 2020-ci ilin fevral ayında "Nihon" klubundan transfer etmişdi. Yapon futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi