Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatı və festivalı Butan futbolu üçün tarixi hadisə kimi dəyərləndirilib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, “Gənc Əjdahalar” 191 iştirakçı arasında yer aldığı üçün özünü şanslı sayır.
“Futbolun tarixən oxatma idmanının kölgəsində qaldığı və dağlıq coğrafiyası səbəbindən tam ölçülü futbol meydançalarının sayının məhdud olduğu Butan üçün bu festivalda iştirak böyük əhəmiyyət daşıyır.
Butan Futbol Federasiyası turnirə qatılmağı uşaq futboluna yatırımları sürətləndirmək üçün fürsət kimi qiymətləndirir.
Azərbaycandakı turnir ölkəmizdə futbolun inkişafına ciddi təkan olacaq, federasiya infrastrukturun təkmilləşdirilməsi istiqamətində işlər görməyə başlayıb”, – deyə bildirilib.
U-15-lərin dünya çempionatı 23-31 oktyabr aralığında Bakıda təşkil olunacaq. Turnirdə innovativ 8×8 formatından istifadə olunacaq və iki 20 dəqiqəlik hissədən ibarət 1000-ə yaxın matç keçiriləcək.
