Bakıda keçiriləcək daha bir dünya çempionatı təxirə salındı

23 Mart 2020 14:50 Digər növlər 682
Bakıda keçiriləcək daha bir dünya çempionatı təxirə salındı

Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Sportinfo.az-ın Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sayca 16-cı mundial 14 - 16 mayda təşkil olunmayacaq.

Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 - 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.

O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi