Bakıdakı Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

07:20 Digər növlər 62
Bakıdakı Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə Bakıda 1-3 oktyabr tarixlərində baş tutacaq Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışa hazırlıq prosesi, təşkilati və texniki məsələlər, turnir proqramı, akkreditasiya, nəqliyyat, qidalanma, eləcə də açılış və mükafatlandırma mərasimləri, habelə digər aktual mövzular müzakirə olunub.

İclasda YTK sədri, ASF-nin prezidenti Zaur Əliyevlə yanaşı, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezidentlər Jalə Əhmədova və Ümid Abuzərli, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, YTK-nin əməliyyat direktoru Fuad Balakişiyev, Bakı Su İdmanı Sarayının direktoru Əjdər Abbasov, həmçinin ASF-nin və YTK-nın digər əməkdaşları iştirak ediblər.








Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu