Komitə rəhbərliyi Ağayeva ilə görüşdü

04:40 Digər növlər 99
Komitə rəhbərliyi Ağayeva ilə görüşdü

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanan bocciaçı Sona Ağayeva ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Tədbirdə MPK-nın baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə, milli komandanın baş məşqçisi İlham Məhərrəmov, məşqçi Elşən Məhərrəmov və digər rəsmilər iştirak ediblər.

Görüş zamanı dünya çempionatında nümayiş etdirilən çıxışlar dəyərləndirilib, S.Ağayevanın yarışla bağlı təəssüratları dinlənilib, həmçinin qarşıdakı beynəlxalq turnirlər, hazırlıq planları və komandanın gələcək hədəfləri müzakirə olunub.

T.Rəhimov boccia üzrə Avropa və dünya çempionatlarında ilk medalın qazanılmasının Azərbaycan paraidmanı üçün böyük nailiyyət olduğunu bildirib. Görüşdə, həmçinin boccia üzrə ilk dəfə 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarına lisenziya qazanılması və bununla da tarixi nailiyyətə imza atılması istiqamətində qarşıya qoyulan məqsədlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!