“Təmiz nəticə göstərdi, ona veriləcək ballar daha çox olacaq”

07:30 Digər növlər 73
“Təmiz nəticə göstərdi, ona veriləcək ballar daha çox olacaq”

Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan adından debüt etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, federasiya rəsmisi "report"a açıqlamasında idmançının Yaponiyanın paytaxtı Tokioda keçirilən "Kinoshita Cup" yarışındakı iştirakı ilə bağlı fikirlərini bölüşüb.

G.Bədəlova turnirdə ən güclü konkisürənlərin mübarizə apardığını xatırladıb.

"Bu, Veronika Jilinanın 2021-ci ildən sonra ilk yarışı oldu. Uğurlu çıxış hesab etmək olar. Həm qısa, həm də sərbəst proqramda təmiz nəticə göstərdi.

Ümid edirik ki, qarşıdakı yarışlarda ona veriləcək ballar daha çox olacaq və idmançımız daha yüksək yerləri tutacaq.

Amma iştirakçıları nəzərə alsaq, Yaponiyadakı turnir dünya çempionatına yaxın səviyyədə idi. Bu səbəbdən uğurlu çıxış etdiyini deyə bilərik".

Veronika Jilina 193 xal toplayaraq yekun sıralamada 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!