Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı

6 Sentyabr 04:40 Digər növlər 328
Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı

Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda çıxış edib.

Sportinfo.az xəbər verir ki, o, 202,9 xal toplayaraq yekun sıralamada 22-ci yeri tutub.

İdmançımız bu nəticə ilə xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna vəsiqə qazanıb.

Sentyabrın 4-5-də keçirilən yarışda 11 ölkədən 57 idmançı mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti