Naxçıvanda keçiriləcək turnirdə 17 klub iştirak edəcək

04:20 Digər növlər 70
Naxçıvanda keçiriləcək turnirdə 17 klub iştirak edəcək

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində (Naxçıvan OİK) "Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi təşkil olunub.

Sportinfo.az xəbər verir ki, idmansevərlərin maraqla gözlədiyi mərasim çərçivəsində döyüşçülər yarış öncəsi "Face to face" görüşlərində üz-üzə gəliblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, "Levent Bulut – Naxçıvan" Döyüş Klubunun təşkilatçılığı ilə baş tutacaq turnirdə 17 klubdan 144 idmançı iştirak edəcək. Yarışın döyüşləri sentyabrın 6-da Naxçıvan OİK-də keçiriləcək.

Turnirdə Azərbaycan və Türkiyənin müxtəlif klubları təmsil olunacaqlar. Uşaqları, yeniyetmələri, gəncləri və böyükləri əhatə edən turnirdə həm kişi, həm də qadın kateqoriyalarında döyüşlər keçiriləcək.

Görüşlərin sonunda fərqlənən idmançılar mükafatlandırılacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!