COP29

”Tək olsaydıq, bunu bacara bilməzdik, bu uğurda hər kəsin zəhməti var”

30 May 02:50 Digər növlər 373
”Tək olsaydıq, bunu bacara bilməzdik, bu uğurda hər kəsin zəhməti var”

"Yarış yaxşı keçdi, biz əsasən Avropa çempionatına Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün getmişdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Zeynəb Hümmətova jurnalistlərə açıqlamasında deyib.

“Ötən ilin dünya çempionatından bu lisenziya üçün çalışırıq. Çox şadıq ki, buna nail olduq.

Düzdür, hələ rəsmiləşməyib, amma nəticəmiz onu göstərir ki, artıq Olimpiya Oyunlarına lisenziya qazanmışıq. Sadəcə, təsdiqlənməsini gözləyirik.

Yarış psixoloji cəhətdən bizim üçün çətin idi. Çünki olimpiadaya bir kvota qalmışdı.

Lakin hələ ötən ildən buna nail olmaq üçün məşqlərimizi davam etdirirdik. Məşqçilərimiz kompozisiyalarımıza dəyişiklik etmişdi. Bir kompozisiyamızı tam dəyişdirmişdik”, - deyə milli üzvü vurğulayıb.

O, komandaya dəstək olanlara təşəkkür edib:

“Bizim yanımızda olan, dəstək verən hər kəsə, federasiyamıza, məşqçilərimizə minnətdarlıq edirik.

Çünki tək olsaydıq, bunu bacara bilməzdik. Bu uğurda hər kəsin zəhməti var”.

Zeynəb Hümmətova qeyd edib ki, Yay Olimpiya Oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışacaqlar:

“Avropa çempionatında azsaylı komandalardan idik ki, dörd dəfə çıxışlarımızı təmiz yerinə yetirdik.

Kompozisiyalarda dəyişiklik edilmişdi. Çalışacağıq ki, Yay Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil edək”.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib.

Yığma 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komanda olimpiadaya vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"