Yaponiyadakı Dünya Kubokunda iştirak edəcək - Azərbaycan gimnastları

24 May 2024 12:00 Digər növlər 463
Yaponiyadakı Dünya Kubokunda iştirak edəcək - Azərbaycan gimnastları

Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışda üç növdə mübarizə aparacaq.

Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) turnirdə çıxış edəcəklər.

Onlar məşqçi Mariyan Kolevin rəhbərliyi altında bacarıqlarını göstərməyə çalışacaqlar. Lalə Hüseynova isə yarışa hakim kimi təyinat alıb.

Dünya Kuboku mayın 25-26-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular