Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirdi

2 Sentyabr 2022 03:10 Digər növlər 390
Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirdi

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Siyana Vasileva video-konfrans formatında idmançılar üçün onlayn vebinar keçirib.

Sportinfo.az xəbər verir ki, vebinarda FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana da iştirak edib.

Canlı ünsiyyətə dünyanın müxtəlif ölkələrindən 30-u Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü olmaqla, 600-dən çox gimnast qoşulub.

Görüşdə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatının və digər yarışların təşkili, FIG tərəfindən tanınan alətlər, gimnastika geyimləri və aksesuarlar, gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması, anti-dopinq, STS təhsil sistemi kimi müxtəlif mövzularda müzakirələr aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti