Mikayıl Cabbarov bu gün federasiya prezidenti olacaq

8 Dekabr 2021 14:20 Digər növlər 769
Mikayıl Cabbarov bu gün federasiya prezidenti olacaq

Bu gün Azərbaycan Badminton və Güləş Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, konfranslar saat 17:00-da başlayacaq.

Hər iki federasiyada növbəti 4 il üçün prezidentlər və icraçılar müəyyənləşəcək.

Azərbaycan Badminton Federasiyasının hazırki prezidenti iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Güləş Federasiyasının prezidenti postu isə 2018-ci ildən boşdur. Sonuncu dəfə bu postu sabiq vergilər naziri Fazil Məmmədov tutub. Hazırda onun səlahiyyətlərini qudası – Namiq Əliyev həyata keçirir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Badminton Federasiyası ilə vidalaşacağı və AGF-nin prezidenti postuna əsas namizəd olacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu