"Burada boşluq var"

1 Mart 2021 11:00 Cüdo 596
"Burada boşluq var"

"Bizdə 66 kq-da Orxan Səfərovla Nicat Şıxəlizadə, 73 kq-da Rüstəm Orucovla Hidayət Heydərov, həmçinin 100 kq-da Elmar Qasımovla Zelim Kotsoyev arasında rəqabət var".

Sportinfo.az xəbər verir ki, bunu kişi cüdoçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Elxan Məmmədov deyib.

Azərbaycanın 100 kq-da yeganə dünya çempionu olan Elxan Məmmədov bu çəki dərəcəsindəki Elmar Qasımovun son vaxtlar zəif çıxışına toxunub:

"Hidayəti 81 kq-a çıxarmaq istəyirik. Çünki bu çəkidə boşluq var. Əslində, bir çəkidə iki güclü idmançının olması yaxşı şeydir.

Avropa çempionatınadək tərtib etdiyimiz plan var. Həmin turnirdən sonra kimin harada olduğu bilinəcək. Xalı çox olan idmançılar olimpiadaya hazırlaşacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti