Klopp Çempionlar Liqasındakı favoritlərini açıqladı

7 İyul 13:40 Çempionlar Liqası 604
Klopp Çempionlar Liqasındakı favoritlərini açıqladı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsümdə UEFA Çempionlar Liqasındakı favorit komandalarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis, cari mövsümdə qitənin ən nüfuzlu klub turniri üçün “Bavariya” və “Mançester Siti”ni favorit gördüyünü deyib:

“Mənim üçün yarışdakı favorit klublar “Bavariya” və “Mançester Siti”dir. Bu komandaların oyunları maraqlı olardı. “Bavariya” Almaniyada koronavirusla bağlı yaranan fasilədən əvvəl də, sonra da əla oyunlar keçirdi.

Hans-Diter Flikin komandanı çalışdırmasından sonra etdikləri həqiqətən çox təsiredicidir. “Mançester Siti”nin də turnirdə böyük şansı var. Hər kəsin şansa ehtiyacı var, amma bu turnirdə qalib olmaq istəyirsizsə, ən yaxşı şəkildə hazırlaşmalısız”.

Xəbər Lenti
12 Avqust 21:00 "Qalatasaray"a qayıtdı
12 Avqust 17:10 "Keşlə"də yeni persona
12 Avqust 11:06 Messiyə nə olub? - FOTO
12 Avqust 02:00 Emili transfer etdilər