“Sabah” ÇL-in pley-off mərhələsində mümkün rəqibi - PÜŞKATMA

“Sabah” ÇL-in pley-off mərhələsində mümkün rəqibi - PÜŞKATMA

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, püşk zamanı yarışın 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) - “Sabah” cütünün qalibinin də rəqibinin kimliyinə aydınlıq gəlib.

Bu cütlük səpələnməmişlər səbətində yer alıb. Rəqib səpələnmişlər səbətində yer alan “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi olub.

“Sabah” mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.

Pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26 avqustda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti