“Bu, absurd görünə bilər, amma mən bunu heç vaxt təsəvvür etməmişdim"

12:20 Fransa 65
“Bu, absurd görünə bilər, amma mən bunu heç vaxt təsəvvür etməmişdim"

Fransa millisinin sabiq futbolçusu Kristof Düqarri, Zinəddin Zidanın yığmaya baş məşqçi olacağını gözləmədiyini bildirib.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, bu barədə belə deyib:

“Bu, absurd görünə bilər, amma mən bunu heç vaxt təsəvvür etməmişdim.

Əmin idim ki, o, futbolda qalacaq, amma fərqli bir vəzifədə – klub prezidenti, klub sahibi, səhmdar və ya menecer kimi. Amma texniki zonada yox”.

Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub. O, komandaya 14 il rəhbərlik edən Didye Deşamı əvəz edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti