“Neftçi” millinin hücumçusuna bu qədər pul ödəməyə razıdır - TRANSFER TƏKLİFİ

14:00 Neftçi 551
“Neftçi” millinin hücumçusuna bu qədər pul ödəməyə razıdır - TRANSFER TƏKLİFİ

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov karyerasını ilk dəfə Premyer Liqada davam etdirə bilər.

«Neftçi» ona dəvət göndərib.

Bakılılar millinin forvardına 1+1 illik müqavilə təklif edib. «Ağ-qaralar» Frankfurt «Ayntraxt»ının yetirməsinə hər mövsüm üçün 150 min dollar ödəməyə hazırdır.

Renat son olaraq Türkiyədən iki klubla danışıqlar aparıb. O, bir müddət «Vanspor» və «Bodrumspor»la təmas qurub.

Görüşmələrin konkret nəticəsi olmayıb. Çünki millimizin üzvünün maliyyə şərtləri qarşı tərəfə bir qədər çox gəlib.

Onlar illik 300 min dollar ödəniş tələb edən Dadaşova bu qədər pul verməyə tərəddüdlə yanaşıblar.

27 yaşlı ön xətt oyunçusu son mövsümdə «Motor»un formasını geyinib. İyundan bəri isə azad agent statusu daşıyır.

O. daha öncə “Ayntraxt“, “Eştoril”, “Vulverhempton”, “Pakoş Ferreyra”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü” və “Radomiak”da çıxış edib.

"Neftçi" bu yay 5 transfer çalışması həyata keçirib - biri yerli, dördü əcnəbi.

Rüfət Abbasovla ("Şamaxı") yanaşı, Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan) və Fredi Varqas ("Makkabi" Netanya) komandaya qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti