Ya “Benfika”, ya da “Harts”: “Orhus” - “Sabah” cütünün məğlubunu Avroliqada gözləyəcək

3 Avqust 15:20 Sabah 674
Ya “Benfika”, ya da “Harts”: “Orhus” - “Sabah” cütünün məğlubunu Avroliqada gözləyəcək

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) - “Sabah” (Azərbaycan) cütünün məğlubunun rəqibi də müəyyənləşib.

Məğlub tərəf Avropa Liqasının pley-off mərhələsində “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM